SOSİUM

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: müsahibənin keçirilmə qrafiki müəyyənləşdirilib
08 YANVAR
199

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə: müsahibənin keçirilmə qrafiki müəyyənləşdirilib

2019-01-08 11:22:00

Ötən il noyabrın 7-də elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyənləşdirilib.

Dövlət İmtahan Mərkəzindən Fins.az-a bildirilib ki, elan üzrə 11 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 66 (A növü üzrə 2 vəzifə, B növü üzrə 64 vəzifə) vakant vəzifə müsahibəyə çıxarılıb. Bu vəzifələr üzrə qeydiyyatdan keçmiş 150 namizədlə 234 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin elektron hökumət və rəqəmsal innovasiyalar şöbəsinin elektron hökumət məsələləri sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 26 namizəd) və Masallı regional “ASAN xidmət” mərkəzinin səyyar xidmətin təşkili sektorunda baş məsləhətçi (1 vakant yer üzrə 26 namizəd), Maliyyə Nazirliyinin Dövlət Borcunun İdarə Edilməsi Agentliyinin dövlət borcunun uçotu və hesabatı sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 18 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin yanvarın 14-dən 28-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibənin vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in saytından əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264