SOSİUM

Nazir: "Azərbaycanda sosial müavinətlər elektron qaydada təyin olunacaq"
07 YANVAR
368

Nazir: "Azərbaycanda sosial müavinətlər elektron qaydada təyin olunacaq"

2019-01-07 17:32:00

"Sosial müavinətlərin elektronlaşdırılması istiqamətində iş aparılır".

Fins.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev jurnalistlərə açıqlamasında deyib. 

O bildirib ki, 2019-cu il ərzində bu sahədə elektronlaşdırmanı yekunlaşdırmağı nəzərdə tuturlar: "Məqsədimiz elektron sosial müavinət təyinatına keçməkdir. Burada ən vacib məqam bu gün sosial müavinət alan 500 min şəxsin, eyni zamanda ildə orta hesabla sosial müavinət sisteminə gedəcək 10-15 min şəxsin məlumatlarının inventarlaşdırılmasıdır. Düşünürük ki, cari il ərzində bunu başa çatdıracağıq".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9143
  • ₽ RUB
    0.0267