SOSİUM

Çiskin yağış, qar – SABAHIN HAVASI
07 YANVAR
291

Çiskin yağış, qar – SABAHIN HAVASI

2019-01-07 17:52:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Yanvarın 08-dəbuludlu havanın üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 3-5, gündüz  7-10, Bakıda  gecə  3-5, gündüz  8-10 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi  normadan yüksək 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət  gecə 75-85, gündüz 60-70  faiz olacaq. 

Azərbaycanın rayonlarında

Yanvarın 08-də havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Xəbərdarlıq

Yanvarın 07-si axşamdan 08-i gündüzədək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi əsəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256