SOSİUM

Qadınlar SMS yolu ilə boşanacaq
07 YANVAR
181

Qadınlar SMS yolu ilə boşanacaq

2019-01-07 10:27:00

Səudiyyə Ərəbistanında qadınlar boşanma haqqında SMS-bildiriş yolu ilə məlumatlandırılacaq. Bundan əvvəl bir çox ərəb kişilər həyat yoldaşlarını xəbərdar etmədən boşanırdı. Habelə yanvarın 6-dan qüvvəyə minən müvafiq qanun artıq belə halların qarşısını almağa kömək olacaq.

Fins.az xəbər verir ki, bu haqda Bloomberg məlumat yayıb.

“Qanuna boşanma zamanı qadınların bütün hüquqlarının qorunacağına zəmanət verir”, - deyə hüquqşünas Nisrin əl-Həmdi bildirib.

Bu Vision 2030 proqramı çərçivəsində qadın hüquqlarının tədricən genişlənməsi istiqamətində atılmış növbəti addımdır, və şəxsən vəliəhd şahzadə Məhəmməd bin Salmanın təşəbbüsü ilə həyata keçirilir.

Daha əvvəl onun təşəbbüsü ilə Səudiyyə Ərəbistanında qadınların avtomobil sürməsinə və idman yarışlarının keçirildiyi arenalarda tamaşaçı qismində iştirakına icazə verilib. Həmçinin son 35 ildə ilk dəfə olaraq qadınlar kinoteatrlara buraxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266