SOSİUM

2019-cu ilin ilk Günəş tutulması – VİDEO
07 YANVAR
172

2019-cu ilin ilk Günəş tutulması – VİDEO

2019-01-07 10:14:00

Bu gün Bakı vaxtı ilə saat 03:34-də 2019-cu ilin ilk Günəş tutulması başlayıb.

Fins.az xəbər verir ki, AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, Günəşin qismən tutulması saat 07:49-dək davam edib.

Bu təbiət hadisəsi Şimal-Şərqi Asiyada, Sakit okeanın şimal hissəsində - Vladivostok, İrkutsk, Maqadan, Ulan-Bator, Pekin və digər ərazilərdə müşahidə olunub.

Xatırladaq ki, sonuncu Günəş tutulması hadisəsi 2018-ci il avqustun 11-də qeydə alınıb.

Bu il üç Günəş tutulması hadisəsi baş verəcək. İkinci Günəş tutulması (tam tutulma) iyulun 2-3-də, üçüncüsü isə (halqavarı tutulma) dekabrın 26-da olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264