SOSİUM

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı açıqlanıb
04 YANVAR
262

Milli Məclisin yaz sessiyasının ilk plenar iclasının vaxtı açıqlanıb

2019-01-04 13:04:00

Azərbaycan Milli Məclisinin (MM) 2019-cu il yaz sessiyasının ilk plenar iclasının keçiriləcəyi tarix açıqlanıb.

Fins.az-ın  xəbərinə görə, iclas fevralın 1-i, həftənin cümə günü keçiriləcək.

MM-in Daxili Nizamnaməsinə əsasən, sessiya mayın 31-dək davam edir.

Xatırladaq ki, deputatların tətili yanvarın 15-də başa çatır. Həmin tarixdən etibarən parlament komitələrinin iclasları başlayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9027
  • ₽ RUB
    0.027