SOSİUM

Gürcüstan əhalisinin 6 faizdən çoxunu azərbaycanlılar təşkil edir
04 YANVAR
209

Gürcüstan əhalisinin 6 faizdən çoxunu azərbaycanlılar təşkil edir

2019-01-04 11:46:00

Ötən il Gürcüstan əhalisinin sayı 3200 nəfər artaraq 3 milyon 729 min 700 təşkil edib.

Fins.az AZƏRTAC-a istinadən bildirir ki, ölkə əhalisinin 1 milyon 938 min 100 nəfərini qadınlar, 1 milyon 791 min 600 nəfərini isə kişilər təşkil edir. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin illik hesabatında bildirilib.

Qonşu ölkədə əhalinin 58,3 faizi şəhərlərdə, 41,7 faizi isə kəndlərdə yaşayır. İllik müqayisədə şəhər əhalisi xeyli artıb.

Statistika idarəsinin məlumatında Gürcüstan əhalisinin etnik mənsubiyyətinə görə tərkibi də açıqlanıb. Göstəricilərə əsasən qonşu ölkədə yaşayan azərbaycanlıların sayı 233 min nəfərdir. Bu da əhalinin 6,3 faizi deməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9396
  • ₽ RUB
    0.0272