SOSİUM

Bu il iki dəfə Ay tutulması hadisəsi baş verəcək
03 YANVAR
127

Bu il iki dəfə Ay tutulması hadisəsi baş verəcək

2019-01-03 15:54:00

2019-cu ildə iki dəfə Ay tutulması hadisəsi baş verəcək.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov deyib ki, Ay tutulmalarının biri tam, digəri isə qismən olacaq.

“İlk Ay tutulması yanvarın 21-də saat 07:34-10:51-də müşahidə ediləcək. Ay tam tutulsa da, Azərbaycanda görünməyəcək. Bu təbiət hadisəsini Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində izləmək mümkün olacaq. Qismən Ay tutulması isə iyulun 17-də saat 00:03-dən 02:59-dək olan vaxtı əhatə edəcək. Həmin hadisə Azərbaycanda da müşahidə olunacaq. Həmçinin Cənubi Amerika, Avropa, Afrika, Asiya, Avstraliya və Rusiyada da görünəcək”, - deyə Xıdır Mikayılov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256