SOSİUM

Milli Məclis fevralın 1-də toplanacaq
03 YANVAR
148

Milli Məclis fevralın 1-də toplanacaq

2019-01-03 14:56:00

Milli Məclisin 2019-cu ildə keçiriləcək yaz sessiyasının ilk iclasının vaxtı müəyyənləşib.

Fins.az-ın məlumatına görə, parlamentin yaz sessiyasının ilk plenar iclası fevralın 1-də keçiriləcək.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin I hissəsinin birinci abzasına uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi hər il iki növbəti yaz və payız sessiyalarına yığılır. Yaz sessiyası fevralın 1-də başlanır və mayın 31-dək davam edir.

Əgər fevralın 1-i və sentyabrın 30-u istirahət, səsvermə, iş günü hesab edilməyən bayram gününə düşərsə, sessiya bu gündən sonra gələn birinci iş günü öz işinə başlayır.

Qeyd edək ki, deputatlar yanvar ayının 1-dən 15-dək tətildə olacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9323
  • ₽ RUB
    0.0256