SOSİUM

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ
03 YANVAR
411

Dövlət qulluğunda çalışmaq istəyənlərin NƏZƏRİNƏ

2019-01-03 12:02:00

Fins.az xəbər verir ki, 27 yanvarda dövlət qulluğunda inzibati vəzifələrin A növünə aid AA, AB və AC qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

İmtahan kompüter vasitəsilə aparılacaq. İmtahanın keçiriləcəyi ünvan: Bakı ş., Nəsimi rayonu, Əbdülvahab Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası). İmtahana qeydiyyat 25 yanvar saat 17:00-dək davam edəcək.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini yaratmalıdır. 

Əlavə məlumat üçün bu linkə daxil ola bilərsiz: http://www.tqdk.gov.az/news/2847/

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266