SOSİUM

Milli Məclis Həmrəylik Günü ilə bağlı dünya azərbaycanlılarına müraciət edib
28 DEKABR 2018
191

Milli Məclis Həmrəylik Günü ilə bağlı dünya azərbaycanlılarına müraciət edib

2018-12-28 14:09:00

Milli Məclis Prezident İlham Əliyevə Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı təbrik məktubu göndərəcək. Trend-in məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O.Əsədov həmçinin parlamentin 2018-ci ildəki fəaliyyəti haqqında məlumat verib və qeyd edib ki, cari ildə parlament uğurla fəaliyyət göstərib, qanunvericilik bazasının gücləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi baxımından uğurlu bir il olub.

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisi dünya azərbaycanlılarına müraciət edib.

Fins.az-ın məlumatına görə, müraciəti Milli Məclisin vitse-spikeri Bahar Muradova oxuyub.

Müraciətdə dünyadakı azərbaycanlıların milli birliyinin vacibliyi qeyd olunub. Bildirilib ki, Qarabağ hər bir azərbaycanlının ağrılı yeridir: “Bütün dünya azərbaycanlıları səylərini artırsalar, bu problemin həllini daha da yaxınlaşdıra bilərlər. Soydaşlarımızın bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi uca tutmaq, milli hüquqlarımızı qorumaqdır. Əziz soydaşlarımız, sizi ümummilli məqsədlərimizin gerçəkləşdirilməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264