SOSİUM

Bu il Naxçıvanda 2024 yeni iş yeri yaradılıb
28 DEKABR 2018
242

Bu il Naxçıvanda 2024 yeni iş yeri yaradılıb

2018-12-28 09:49:00

Naxçivanda görülən işlər əhalinin məşğulluq səviyyəsini artırıb, yeni iş yerləri açılıb. Cari ilin ötən dövründə muxtar respublika üzrə 2024 yeni iş yeri yaradılıb ki, bunun da 98 faizi daimi iş yerləridir.

Fins.az xəbər verir ki, bu göstəricilər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasındakı məruzəsində yer alıb.

Ali Məclisin sədri bildirib ki, səmərəli məşğulluğun və özünüməşğulluğun təmin edilməsində, işaxtaranların sosial müdafiəsinin gücləndirilməsində 2016-cı il yanvarın 11-də qəbul olunmuş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası da mühüm rol oynayıb.

Muxtar respublikanın ümumi iqtisadi inkişafında diqqəti cəlb edən amillərdən biri də xarici ticarət əlaqələrinin genişləndirilməsi, ixrac potensialının gücləndirilməsidir. Sahibkarlığa göstərilən sistemli dövlət dəstəyi, ixracın stimullaşdırılması ilə bağlı qəbul edilmiş qərarlar muxtar respublikada istehsal olunan məhsulların ixrac imkanlarının artmasına və xarici bazarlarda tanınmasına şərait yaradıb. 2018-ci ilin ötən dövründə muxtar respublikanın xarici ticarət dövriyyəsi 435 milyon 598 min ABŞ dolları təşkil edib. Ticarət əməliyyatlarının 88 faizi, yaxud 383 milyon 314 min ABŞ dolları ixracın payına düşüb.

Qeyd edək ki, bu il Naxçıvanda kənd təsərrüfatı məhsullarının istehsalı da artıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263