SOSİUM

Qar, sulu qar yağacaq – HAVA PROQNOZU
27 DEKABR 2018
532

Qar, sulu qar yağacaq – HAVA PROQNOZU

2018-12-27 12:41:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Dekabrın 28-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində yağışın az sulu qarla yağması ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.  

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi  757 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət  80-90 faiz olacaq. 

Azərbaycanın rayonlarında

Dekabrın 28-də  bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə  0-5, gündüz  6-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  2-5 dərəcə isti təşkil edəcək

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9126
  • ₽ RUB
    0.0266