SOSİUM

Bayram günlərində əhalinin nəqliyyat və telekommunikasiya xidmətləriylə təmin edilməsi ilə bağlı açıqlama
27 DEKABR 2018
91

Bayram günlərində əhalinin nəqliyyat və telekommunikasiya xidmətləriylə təmin edilməsi ilə bağlı açıqlama

2018-12-27 11:01:00

Fins.az-a  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumata görə, nazirlik Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə keyfiyyətli, fasiləsiz şəkildə təmin edilməsinə dair strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlara, həmçinin digər telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.Məlumatda həmçinin bildirilir ki,  bayram ərəfəsində və bayram günlərində sabit telefonların fasiləsiz işinin təmin edilməsi məqsədi ilə rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması, daxil olan müraciətlərə həssaslıqla yanaşılaraq operativ tədbir görülməsi nəzərdə tutulur.Bayram günlərində məsul növbətçilər təşkil edilməklə nəqliyyat, telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin edilməsi, kabel və xətt zədələnmələrinin operativ aradan qaldırılması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi üzrə müvafiq tədbirlər görüləcək. Vətəndaşlardan rastlaşdıqları istənilən problemlə bağlı "1655" saylı "Qaynar xət"lə əlaqə saxlamaları xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256