SOSİUM

Deputatlar tətilə çıxırlar
27 DEKABR 2018
231

Deputatlar tətilə çıxırlar

2018-12-27 10:11:00

Dekabrın 28-də MM-in payız (qış) sessiyasının, eləcə də, il ərzində sonuncu plenar iclası keçiriləcək.

Fins.az-ın xəbərinə görə, sonuncu iclasın gündəliyinə isə ən azı 44 məsələ daxil edilib.

Bunlar “Məhkəmələr və hakimlər haqqında”, “Notariat haqqında”, “Antiinhisar fəaliyyəti haqqında”, “Elektron ticarət haqqında”,  “Lisenziyalar və icazələr haqqında”, “Patent haqqında”, “Banklar haqqında” və digər qanunlara, o cümlədən, İnzibati Xətalar, Mülki, Gömrük, Şəhərsalma və Tikinti məcəllələrinə dəyişiklik layihələridir.

Qeyd edək ki, Şəhərsalma və Tikinti Məcəlləsinə nəzərdə tutulan dəyişikliklər layihəsinə əsasən, Azərbaycanda hazırda yerli icra hakimiyyətləri tərəfindən bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi həyata keçirilməkdədir.

Odur ki, müfəssəl planın məcburi tətbiqi müddətinin daha bir il uzadılması zərurəti yaranıb.

Qeyd olunur ki,  Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən, müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır.

Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikinti layihələrinə onlar həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğun olduqda və bir sıra şərtlərin birgə mövcud olduğu hallarda yol verildiyi müəyyən edilsə də, Məcəllənin 75-ci və 80-ci maddələrində tikinti obyektinin inşasına icazənin məhz müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verildiyi göstərilir. 

“Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanununun 2.2-ci maddəsində tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna məcəllənin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş tələbin Məcəllənin qüvvəyə mindiyi 2013-cü il 1 yanvar tarixdən yeddi il sonra tətbiq edilməsi nəzərdə tutulur.

Hazırda yerli icra hakimiyyətləri tərəfindən bütün şəhər və qəsəbə yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi həyata keçirilməkdədir və bu səbəbdən də müfəssəl planın məcburi tətbiqi müddətinin daha bir il uzadılması zərurəti yaranıb.

Beləliklə, müfəssəl planın məcburi tətbiqinin 2020-ci ildə həyata keçirilməsi planlaşdırılır.

MM-in sonuncu plenar iclasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə müraciət qəbul ediləcək.

Sessiya dövlət himinin oxunması ilə başa çatacaq və bununla da MM növbəti qış tətilinə çıxacaq. MM-in növbəti sessiyası, 2019-cu ilin yaz sessiyası fevral ayının 1-də öz işinə start verəcək.

Yanvar ayının 15-20-si tarixlərindən isə yaz sessiyası ilə bağlı komitə iclasları başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027