SOSİUM

Nazirlik “İşsizin dostu” proqramına başlayır
27 DEKABR 2018
301

Nazirlik “İşsizin dostu” proqramına başlayır

2018-12-27 10:11:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 100 illik yubileyi ilə bağlı açıqlamada bu ilin on bir ayı ilə bağlı maraqlı rəqəmlər açıqlayıb.

Fins.az xəbər verir ki, bu ilin yanvar-noyabr aylarında aktiv məşğulluq tədbirləri nəticəsində ötən ilin müvafiq dövrünə nisbətən 9,1 faiz çox olmaqla, 50,2 min nəfər işlə təmin olunub.

Dövlət başçısının tapşırığına uyğun olaraq gələn il yeni bir istiqamət kimi ölkəmizdə “İşsizin dostu” proqramına başlanacaq ki, bu proqram 30 minədək işsiz vətəndaşın ödənişlə ictimai işlə təminatına imkan yaradacaq.

Nazir Sahil Babayev bildirib ki, dövlət başçısının müvafiq sərəncamına əsasən, icra olunan özünüməşğulluq proqramına cəlb olunanların sayı cari ildə 6,5 dəfə artaraq, 7800 nəfəri ötüb. Özünüməşğulluq proqramına fəal dəstək olaraq, Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi tərəfindən də 125 ailənin bağçılıq təsərrüfatları da yaradılıb. 

S.Babayev 2018-ci ilin 11 ayında nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin əvvəlki ilə nisbətən 224 milyon manat, o cümlədən, qeyri-büdcə sektoru üzrə 145 milyon manat artdığını və proqnoza 105,4 faiz əməl olunduğunu qeyd edib.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266