SOSİUM

Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı açıqlanıb
26 DEKABR 2018
222

Azərbaycanda bələdiyyə seçkilərinin vaxtı açıqlanıb

2018-12-26 17:31:00

Azərbaycanda 2019-cu ildə keçiriləcək bələdiyyə seçkilərinin tarixi açıqlanıb.

Fins.az xəbər verir ki, seçkilər dekabrın 27-də keçiriləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının qərarı ilə təsdiqlənən 2019-cu ilin iş vaxtı norması və istehsalat təqvimində xatırladılıb ki, Seçki Məcəlləsinə əsasən, bələdiyyələrin səlahiyyət müddəti 5 ildir. Bələdiyyə seçkilərini Mərkəzi Seçki Komissiyası təyin edir və bələdiyyə seçkilərinin təyin edilməsi barədə qərar onun qəbul edildiyi gündən ən geci 2 gün ərzində kütləvi informasiya vasitələrində rəsmi dərc edilməlidir. 2019-cu ilin iş vaxtı normasının hesablanması məqsədilə rəsmi elan olunanadək şərti olaraq istehsalat təqvimində 2019-cu ilin 27 dekabr tarixi iş günü hesab edilməyən Bələdiyyə seçkiləri günü kimi nəzərə alınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264