SOSİUM

Dünyanın ən xoşbəxt ölkələri – AÇIQLANDI
26 DEKABR 2018
287

Dünyanın ən xoşbəxt ölkələri – AÇIQLANDI

2018-12-26 16:01:00

BMT-nin sorğusu əsasında, 2018-ci ilin nəticələrinə uyğun olaraq, əhalinin xoşbəxtlik standartına görə ölkələrin siyahısını hazırlanıb. 

Fins.az xəbər verir ki, siyahıda 156 ölkə yer alıb. 

Azərbaycan reytinqdə 57-ci olub. Qonşu Rusiya 59-cu, Türkiyə 74-cü, Gürcüstan isə 128-ci yerdə qərarlaşıb. Ermənistan siyahıda 129-cu yeri tutub. 

Dünyanın ən xoşbəxt ölkəsi Finlandiya göstərilib. İlk onluğa Norveç, Danimarka, İslandiya, İsveçrə, Hollandiya, Kanada, Yeni Zelandiya, İsveç və Avstraliya daxil olub. 

Bu il ilk dəfə olaraq araşdırmalarda miqrasiyanın əhalinin xoşbəxtliyinə təsiri də hesablanıb. 

Dünyanın ən bədbəxt ölkələri kimi Yəmən, Tanzaniya, Cənubi Sudan, Cənubi Afrika Respublikası və Burundi göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264