SOSİUM

Bakıda məktəblərdə monitorinq keçirilib
26 DEKABR 2018
100

Bakıda məktəblərdə monitorinq keçirilib

2018-12-26 14:31:00

Bakının ümumi təhsil müəssisələrinin II, IV, VI və VIII sinifləri üzrə monitorinq təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ)  Fins.az-a verilən məlumata görə, keçirilən monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə keyfiyyəti artırmaq, məktəb özünüqiymətləndirməsini formalaşdırmaq və onun tətbiqi üçün zəmin yaratmaqdan ibarətdir.

Paytaxtın 12 inzibati rayonu üzrə təşkil olunmuş monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanılıb.

Monitorinqin nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256