SOSİUM

Bu ərazilərdə qaz olmayacaq – ƏHALİNİN NƏZƏRİNƏ
26 DEKABR 2018
300

Bu ərazilərdə qaz olmayacaq – ƏHALİNİN NƏZƏRİNƏ

2018-12-26 09:33:00

 Abşeron rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən Fins.az-a verilən məlumata görə, istehlakçıların təhlükəsiz və dayanıqlı təbii qaz təchizatının təmin edilməsi məqsədilə Xırdalan şəhəri 25-ci məhəllə ərazisində yeni çəkilmiş diametri 160 millimetrlik polietilen qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, dekabrın 26-da saat 10:00-dan təmir işləri tamamlananadək Abşeron rayonunun Xırdalan şəhərinə təbii qazın verilişində fasilələr yaranacaq. Aparılan təmir işlərinin Masazır qəsəbəsi və Xəzər rayonunun bir hissəsinin də qaz təchizatına təsir göstərməsi mümkündür. Görülən zəruri təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263