SOSİUM

Bakıda altı direktorun işinə xitam verilib – AÇIQLAMA
25 DEKABR 2018
291

Bakıda altı direktorun işinə xitam verilib – AÇIQLAMA

2018-12-25 15:44:00

Bakıda fəaliyyət göstərən altı məktəb direktoru işdən çıxarılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən  sorğusuna cavab olaraq bildirilib ki, idarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində çalışmanın yaş həddinə çatmış 30 direktorla müqavilənin müddəti cari tədris ili çərçivəsində uzadılıb, altı direktorun əmək müqaviləsinə xitam verilib.

İdarədən bildirilib ki, Bakı şəhəri 231 nömrəli tam orta məktəbdə direktor vəzifəsi vakantdır:

“Məktəbin fəaliyyətinin idarə edilməsi məqsədilə direktor vəzifəsinin müvəqqəti icrası məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini, çalışmanın yaş həddinə çatması ilə əlaqədar çalışma müddəti tədris ili çərçivəsində BŞTİ tərəfindən uzadılmış Əsədullayeva Nabatxanım Hafizqızına həvalə olunub”.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9398
  • ₽ RUB
    0.0254