SOSİUM

Sabaha olan – HAVA PROQNOZU
25 DEKABR 2018
238

Sabaha olan – HAVA PROQNOZU

2018-12-25 14:18:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə:

Bakıda və Abşeron yarımadasında

Dekabrın 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-11, Bakıda gecə  5-7, gündüz  11-13  dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi  761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 70-80, gündüz 55-60 faiz olacaq. 

Azərbaycanın rayonlarında

Dekabrın 26-da  hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə  1-6, gündüz  10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz  5-9 dərəcə  isti təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263