SOSİUM

Çinin LNG idxalında yeni rekord qeydə alınıb
25 DEKABR 2018
306

Çinin LNG idxalında yeni rekord qeydə alınıb

2018-12-25 12:40:00

Noyabrda Çinin mayeləşdirilmiş təbii qaz (LNG) idxalında yeni rekord qeydə alınıb.

Fins.az xəbər verir ki, noyabrda ölkəyə ötən ilin eyni dövrü ilə müqayisədə 48,5 faiz çox (5,99 milyon ton) LNG idxal edilib. Yanvar-noyabr aylarında isə LNG idxalı ötən ilin 11 ayına görə 43,6 faiz artaraq 47,52 milyon ton olub.

Qeyd edək ki, Çində “mavi yanacağ”a tələbatın artması ölkədə hava çirkliliyi ilə mübarizə tədbirləri çərçivəsində istilik təchizatı sistemində və sənayedə daş kömürdən imtina edilməsi ilə bağlıdır.

Ötənilki nəticələrə əsasən, Çin LNG idxalının həcminə görə Koreya Respublikasını geridə qoyaraq ikinci olub. Mütəxəssislərə görə, bu gedişlə Çin 2019-cu ildə Yaponiyanı da qabaqlayaraq dünyanın ən çox LNG idxal edən ölkəsi olacaq.

Proqnozlara əsasən, Çinin LNG idxalı 2020-ci ildə 57 milyon, 2025-ci ildə 90 milyon, 2030-cu ildə isə ən azı 126 milyon tona çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9164
  • ₽ RUB
    0.0263