SOSİUM

Ətraf mühitə vurulan ziyana görə 207 min manatdan artıq cərimə tətbiq edilib
25 DEKABR 2018
108

Ətraf mühitə vurulan ziyana görə 207 min manatdan artıq cərimə tətbiq edilib

2018-12-25 12:07:00

01-15 dekabr 2018-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 210 akt və protokol tərtib olunub, nöqsanların məişət və istehsalat tullantılarının aradan qaldırılması üçün icrası məcburi olan 83 müddətli “məcburi göstəriş” verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266