SOSİUM

Xarici ölkələrin büdcəsi hesabına təhsil alan azərbaycanlıların sayı açıqlandı
25 DEKABR 2018
96

Xarici ölkələrin büdcəsi hesabına təhsil alan azərbaycanlıların sayı açıqlandı

2018-12-25 10:17:00

Hazırda 535 azərbaycanlı tələbə hökumətlərarası sazişlərə uyğun olaraq, ayrılmış kvota çərçivəsində müvafiq ölkələrin büdcəsi hesabına təhsil alır.

Təhsil Nazirliyindən verilən məlumata görə, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkəlrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 nəfər xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil almaq üçün təqaüd qazanıb.

2017-2018-ci tədris ilində Azərbaycanda ali təhsilin bütün səviyyələri üzrə 86 ölkədən 6 mindən çox əcnəbi tələbə təhsil alıb. Bu isə əvvəlki illə müqayisədə 17 faiz çoxdur.

Son 2 ildə SABAH qruplarını 1572 məzun bitirib ki, onların 37 faizi təhsillərini ölkədə, 17 faizi xaricdə magistratura təhsili alır. Məzunların qalan hissəsi isə ixtisası üzrə əmək fəaliyyətinə başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9309
  • ₽ RUB
    0.0256