SOSİUM

Bir tonluq Yeni il şarı
24 DEKABR 2018
113

Bir tonluq Yeni il şarı

2018-12-24 16:23:00

Soyulmuş portağalı xatırladan və üzərində dörd oyuncağı olan bəzək əşyası yanvarın sonunadək ictimaiyyəti sevindirəcək. 

Fins.az xəbər verir ki, dünyanın ən böyük və ən ağır Yeni il şarı Dubaydakı “The Dubai Mall” əyləncə-ticarət mərkəzindən asılıb.

Dekorasiyanın çəkisi 1 ton 100 kiloqram, eni 4,7 metr, hündürlüyü isə 6,6 metrdir. 

 “Oyuncaq” Ginnesin Rekordlar kitabına düşüb. Onu hazırlamaq və yerinə asmaq üçün 15 nəfərdən ibarət komanda çalışıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256