SOSİUM

Azərbaycanda maddi dəstək alan din xadimlərinin sayı açıqlanıb
24 DEKABR 2018
84

Azərbaycanda maddi dəstək alan din xadimlərinin sayı açıqlanıb

2018-12-24 12:49:00

“Azərbaycanın hər bir bölgəsində fəaliyyət göstərən və Qafqaz Müsəlmanları İdarəsinin rəsmi təyin etdiyi 1060-dan çox din xadiminə hər ay maddi dəstək göstərilir”.

Fins.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, maddi dəstək Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən verilir.

M.Qurbanlı vurğulayıb ki, Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə ölkədə cəmi 17 məscid vardısa, bu gün onların sayı 2250-dən çoxdur: “Eyni zamanda, ölkə ərazisində 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Ölkəmizdə 877-si İslam, 32-i isə qeyri-islam (xristian - 21; yəhudi - 8; bəhai - 2; krişna - 1) olmaqla 909 dini qurum qeydiyyatdan keçib”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256