SOSİUM

Bakının bu ərzailərində su olmayacaq – ƏHALİNİN NƏZƏRİNƏ
24 DEKABR 2018
257

Bakının bu ərzailərində su olmayacaq – ƏHALİNİN NƏZƏRİNƏ

2018-12-24 11:57:00

Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Fins.az “Azərsu” ASC-yə istinadən xəbər verir ki, Bakı şəhəri Xətai rayonu ərazisində yeni çəkilmiş magistral su kəmərindən şəbəkələrə birləşmələrin verilməsi ilə əlaqədar 24 dekabr 2018-ci il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə (Seyid Əzim Şirvani, Qaçaq Nəbi, Neapol, General Şıxlinski, Sarayevo, Məzahir Rüstəmov, Məhəmməd Hadi, Cavanşir küçələri və s.) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264