SOSİUM

Tələbələrin pulsuz tibbi müayinədən keçirilməsi təklif edilib
21 DEKABR 2018
157

Tələbələrin pulsuz tibbi müayinədən keçirilməsi təklif edilib

2018-12-21 17:19:00

Azərbaycan Tələbələrinin II Qurultayında tələbələrin pulsuz tibbi müayinədən keçməsi təklif edilib.

Fins.az-ın məlumatına görə, bu məsələ Azərbaycan Tələbələrinin II Qurultayının qətnaməsinə də daxil edilib.

Qətnamədə təhsil alan gənclərin sağlamlığının qorunması məqsədi ilə təhsil müəssisələrində tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması əsas istiqamətlərdən biri kimi qeyd edilib.

Tələbələrin ildə bir dəfə olmaqla pulsuz tibbi müayinədən keçməsi və dövlət hesabına müalicəsinin təşkili təklif edilib.

Qeyd edək ki, qurultay bu gün keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256