SOSİUM

UEFA "Qəbələ"yə daha 25 min avro vəsait ayırıb
21 DEKABR 2018
239

UEFA "Qəbələ"yə daha 25 min avro vəsait ayırıb

2018-12-21 17:01:00

UEFA "Qəbələ" İdman Klubuna daha 25 min avro ayırıb.

Fins.az xəbər verir ki, bu vəsait klubun müvafiq yaş qrupundan ibarət komandasının 2018/2019 mövsümündə UEFA Gənclər Liqasının II mərhələsində iştirakına görə səyahət xərci üçün nəzərdə tutulub.

Ayrılmış məbləğ AFFA-nın vasitəçiliyi ilə “Qəbələ”nin hesabına köçürülüb.

Qeyd edək ki, “Qəbələ” UEFA Gənclər Liqasının I mərhələsində Moldova "Şerif"ini iki oyunun nəticəsində üstələyib - 1:1, 3:1. “Qırmızı-qaralar” II raundda Almaniya “Herta”sına evdə 1:3, səfərdə isə 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264