SOSİUM

Nazir: "Universitetlərdə dövlət sifarişli yerlərin sayı artırılacaq"
21 DEKABR 2018
122

Nazir: "Universitetlərdə dövlət sifarişli yerlərin sayı artırılacaq"

2018-12-21 12:04:00

 "2019-2020-ci tədris ilində ali təhsil müəssisələrində dövlət sifarişli yerlərin sayı əhəmiyyətli dərəcədə artırılacaq".

Fins.az xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov Azərbaycan Tələbələrinin II Qurultayında deyib.

C.Bayramov eyni zamanda ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “2019-2023-ci illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın ali təhsilin keyfiyyətinin yüksəldilməsində, ikili diplom proqramlarının genişləndirilməsində və xaricdə doktorant hazırlığında mühüm rol oynayacağını qeyd edib.

Nazir xatırladıb ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3558 azərbaycanlı gənc dünyanın ən nüfuzlu universitetlərinə qəbul olunub: "Hazırda Azərbaycanın ali məktəblərində 76 ölkədən 6 mindən çox əcnəbi tələbə oxuyur”.

O həmçinin əlavə edib ki, bütün təhsil pillələri üzrə səriştə əsaslı məzmunun hazırlanması, ali təhsilin beynəlxalq rəqabət qabiliyyətinin artırılması, gənclərin elmi fəaliyyətə cəlb edilməsi, ümumilikdə kadr hazırlığının əmək bazarının tələblərinə uyğunlaşdırılması, təhsil müəssisələrində azərbaycançılıq ideologiyasının təbliği işinin sistemli təşkili sahələrində iş aparılacaq.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0256