SOSİUM

NASA açıqladı - Sürətlə yox olur
20 DEKABR 2018
254

NASA açıqladı - Sürətlə yox olur

2018-12-20 15:56:00

Günəş sisteminin ən böyük ikinci planeti olan Saturnun ətrafındakı həlqələr sürətlə yox olur.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyindən (NASA) açıqlama verilib.

Qurumun “Goddard” Kosmik Uçuş Mərkəzinin mütəxəssisi Ceyms O’Donoq bildirib ki, “Voyager 1” və “Voyager 2” kəşfiyyat qurğularının apardığı ölçmə işlərində həlqələrin hər yarım saatda 50 metr azalır. Bu isə həlqələrin 100 milyon ildən sonra tamamilə yox olacağı deməkdir.

Qeyd edək ki, Saturnun halqaları bu planeti əhatə edən qaya, toz və buz hissəciklərindən ibarətdir. Həmin hissəciklər Saturn və onun peyklərinin cazibə qüvvəsinin təsirinə məruz qalaraq, öz formasını qoruyan dinamik sistem əmələ gətirirlər.

Bunlar Günəş sisteminin formalaşdığı dövrdə Saturnun tərkibinə qatılmayan, ancaq planetə yaxın olduğu üçün peykə çevrilə bilməyən ilkin Günəş nebulasına aid maddələrdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9369
  • ₽ RUB
    0.0256