SOSİUM

Nazir: Son 10 ildə Azərbaycanda minimal əməkhaqqı 5 dəfədən çox artıb
19 DEKABR 2018
207

Nazir: Son 10 ildə Azərbaycanda minimal əməkhaqqı 5 dəfədən çox artıb

2018-12-19 15:12:00

Son 10 il ərzində Azərbaycanda minimal əməkhaqqı 5,2 dəfə artıb.

Fins.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Milli Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Konfederasiyasının V qurultayında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, hesabat dövründə ölkədə 2 milyondan çox iş yeri açılıb: “Bunlardan 1,6 milyonu daimi iş yeridir, nominal əməkhaqqı isə 6,6 dəfə artıb”.

Nazir onu da xatırladıb ki, səmərəli məşğulluğun təmin olunması üçün 2019-2030-cu illər üzrə Azərbaycanın Məşğulluq Strategiyası təsdiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.8947
  • ₽ RUB
    0.0269