SOSİUM

"Əhalinin siyahıyaalınması müxtəlif göstəricilər üzrə real mənzərəni əks etdirəcək"
19 DEKABR 2018
236

"Əhalinin siyahıyaalınması müxtəlif göstəricilər üzrə real mənzərəni əks etdirəcək"

2018-12-19 12:51:00

"Gələn ilin oktyabr ayında Azərbaycanda əhalinin siyahıyaalınması həyata keçiriləcək".

Bunu açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

Onun sözlərinə görə, əhalinin siyahıyaalınmasından sonra hamı müxtəlif göstəricilərlə bağlı real mənzərəni daha yaxından görəcək: "Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yalnız Dövlət Statistika Komitəsinin məlumatlarına əsaslanır". 

Nazir müavini bildirib ki, bu gün keçirilən Azərbaycanda İnsan Kapitalı üzrə Forumda Dünya Bankının istinad etdiyi mənbələr 2015-ci ildə həyata keçirilmiş sorğuya əsaslanır: "Həmin sorğunun nəticələrinə əsasən, bu gün hər hansı qərarlar vermək çətin məsələdir. Təbii ki, müəyyən çağırışlar var və biz bununla razıyıq. Amma bizim istinad etdiyimiz əsas mənbə Dövlət Statistika Komitəsinin məlumatlarıdır".

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9069
  • ₽ RUB
    0.027