SOSİUM

Dövlət Gerbinin vurulma qaydaları müəyyənləşdirilib
19 DEKABR 2018
252

Dövlət Gerbinin vurulma qaydaları müəyyənləşdirilib

2018-12-19 10:25:00

Dövlət Gerbinin oturulan, ayaq basılan yerlərə vurulması qadağan edilir.

Fins.az-ın xəbərinə görə, bu qaydalar Milli Məclisin (MM) müzakirəsində olan “Azərbaycan Respublikasının Dövlət Gerbi haqqında” qanun layihəsində öz əksini tapıb.

Qeyd edək ki, adıçəkilən sənəd doqquz maddədən ibarətdir. Sənəd Azərbaycanın Dövlət Gerbinin istifadəsi qaydalarını müəyyən edir. Qanun layihəsi ilə Azərbaycanın Dövlət Gerbinin istifadəsinə dair yeni məhdudiyyətlər müəyyənləşib. 

Layihəyə əsasən, Dövlət Gerbi Konstitusiya qanununa uyğun təsvir edilməli və nəzərdə tutulan qaydada istifadə edilməlidir.

Dövlət Gerbinin oturulan, ayaq basılan və natəmiz yerlərə vurulması və ya həmin yerlərdə təsvir edilməsi qadağandır. Qanunun tələblərini pozan şəxslər İnzibati Xətalar Məcəlləsinə, Dövlət Gerbi barədə təhqiredici hərəkətlər edən şəxslər isə Cinayət Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256