SOSİUM

İcazəsiz ova cəhd edən şəxslər cərimələniblər
19 DEKABR 2018
222

İcazəsiz ova cəhd edən şəxslər cərimələniblər

2018-12-19 09:46:00

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Xızı rayonu, Yeni Yaşma kəndi ərazisində ova cəhd edən 2 şəxs saxlanılıb.

Nazirliyin mətbuat xidmətindən Fins.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Xızı rayon sakini Hasil Şəfiyev və Sumqayıt şəhər sakini Malik Şərifov olduğu müəyyən edilib. Onlardan ov tüfəngi götürülüb.

Faktla bağlı təqsirkarlar barəsində protokollar tərtib olunub və onlara ümumilikdə, 2000 manat məbləğində cərimə tətbiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9105
  • ₽ RUB
    0.0266