SOSİUM

Gənclər Fondu 237 tələbənin təhsil xərclərini qismən maliyyələşdirəcək
13 DEKABR 2018
277

Gənclər Fondu 237 tələbənin təhsil xərclərini qismən maliyyələşdirəcək

2018-12-13 18:04:00

Azərbaycan Respublikasının Gənclər Fondu Sosial Müdafiəyə Xüsusi Ehtiyacı olub seçilmiş Ali təhsil müəssisələrində Təhsil alan gənclərin təhsil xərclərinin qismən maliyyələşdirilməsi üzrə müsabiqədə iştirakla bağlı 2-18 noyabr 2018-ci il tarixlərində sənəd qəbulu həyata keçirib.

Fins.az xəbər verir ki, ərizə qəbulu Fondun rəsmi internet səhifəsi vasitəsilə reallaşdırılıb. Müsabiqəyə müraciət etmək istəyən tələbələr Fondun rəsmi saytından qeydiyyatdan keçib, kod və şifrə əldə etdikdən sonra, saytın elektron xidmətlər bölməsində yerləşdirilmiş ərizə formasını müvafiq qaydaya uyğun olaraq doldurub, sayt üzərindən Fonda öz ərizələrini göndərib. Müsabiqəyə  ümumilikdə 724 tələbə müraciət edib. Onlardan 678 ərizə ilkin texniki ekspertizandan keçib və müraciətlərin nəticəsi olaraq, 237 şəxsin müsabiqədə iştirakının maliyyələşdirilməsinə qərar verilmiş və aşağıdakı siyahıda həmin şəxslərin adları qeyd edilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.9288
  • ₽ RUB
    0.0264