SOSİUM

Növbəti üç günün hava proqnozu açıqlanıb
13 DEKABR 2018
166

Növbəti üç günün hava proqnozu açıqlanıb

2018-12-13 11:50:00

Azərbaycan ərazisində növbəti üç gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, dekabrın 14-ü gecə və axşam saatlarında bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Onun sözlərinə görə, dekabr ayının 15-16-da hava şəraitin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır: "Növbəti günlərdə temperatur rejimində mühüm bir dəyişiklik gözlənilmir".

Direktor qeyd edib ki, Bakıda 9-12, Mərkəzi Aranda 8-13, Dağlıq ərazilərdə 3-6 dərəcə isti olacaq: "Şimal-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq". 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256