SOSİUM

Ətraf mühitə dəymiş ziyana görə 154 min manatlıq iddia qaldırılıb
10 DEKABR 2018
101

Ətraf mühitə dəymiş ziyana görə 154 min manatlıq iddia qaldırılıb

2018-12-10 11:17:00

16-30 noyabr 2018-ci il tarixlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən atmosfer havasının, su və torpaq ehtiyatlarının, yerin təkinin, fauna və floranın mühafizəsi, ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 359 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 94 müddətli “məcburi göstəriş” verilib.

Ümumilikdə, 63 iş üzrə 77 000 manat məbləğində inzibati qaydada cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 37 iş üzrə 153 959,43 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 359 iş üzrə 56 361,57 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 42, icra qurumlarına 45, məhkəmələrə isə 20 iş göndərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7
  • € EUR
    1.935
  • ₽ RUB
    0.0256