SOSİUM

Qanunsuz ov etmək istəyən şəxslər 3000 cərimələnib
07 DEKABR
170

Qanunsuz ov etmək istəyən şəxslər 3000 cərimələnib

2018-12-07 09:26:00

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşları Biləsuvar rayonunun Platina adlanan ərazisində icazəsiz ova cəhd edən şəxsləri saxlayıblar. 

Nazirliyin mətbuat xidmətindən Fins.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Bakı şəhər sakinləri Cənnət Zamanov, Ruxi Hüseynov və Zərdab rayon sakini Cavid Sadıqov olduğu müəyyən edilib və onlardan ov tüfəngləri götürülüb.

Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 3000 manat məbləğində cərimə tətbiq edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256