SOSİUM

Elektron Hökumət üzrə İcra Qrupu yaradılıb
06 DEKABR
110

Elektron Hökumət üzrə İcra Qrupu yaradılıb

2018-12-06 12:52:00

5 dekabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid: yeni konsepsiya və gələcəyə baxış” adlı tədbir keçirilib.

Fins.az xəbər verir ki, tədbirdə müvafiq istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Öncə Azərbaycan Respublikası Prezidentinin 14 mart 2018-ci il tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanından irəli gələn məsələlərə dair məlumat verilib. Bildirilib ki, müvafiq Fərmanla elektron hökumət sahəsində dövlət siyasətinin və tənzimlənməsinin həyata keçirilməsi, dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, habelə inteqrasiyası və effektiv idarə edilməsi sahəsində koordinasiyanı həyata keçirmək məqsədi ilə əlaqələndirici qurum funksiyalarının yerinə yetirilməsi Dövlət Agentliyinə həvalə olunub.

Həmçinin elektron hökumət məsələlərinə dair bu günə qədər görülmüş işlər, elektron hökumət sahəsində mövcud vəziyyətlə bağlı geniş məlumat verilib. Elektron hökumətin yeni konsepsiyası və qarşılıqlı səmərəli fəaliyyət göstərən elektron hökumət sisteminin qurulması ilə bağlı Dövlət Agentliyinin və digər qurumların qarşısında duran əsas vəzifələr və çağırışlar iştirakçıların nəzərinə çatdırılıb.

Tədbirdə aidiyyəti qurumların informasiya-texnologiya istiqamətli struktur bölmələrinin rəhbərlərindən ibarət Elektron Hökumət üzrə İcra Qrupu yaradılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255