SOSİUM

Ülvi Mehdiyev: "Xidmətlərlə bağlı təhlillər vahid sistem üzərində aparılmalıdır"
06 DEKABR
142

Ülvi Mehdiyev: "Xidmətlərlə bağlı təhlillər vahid sistem üzərində aparılmalıdır"

2018-12-06 09:40:00

"Xidmətlərlə bağlı təhlillər vahid sistem üzərində aparılmalıdır".

Fins.az"Report"-a istinadən xəbər verir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

O bildirib ki, Elektron Hökumətə daxil olacaq qurumların həm E-Hökumətə, həm də onların bir-birinə inteqrasiyasına əlavə vəsait tələb olunur.

Sədrin sözlərinə görə, xidmətlərlə bağlı təhlillər vahid sistem üzərində aparılsa, hər bir qurum digər qurumdan ona zəruri olan informasiyanı elektron qaydada alıb özünün uçot-təhlil sistemində uzlaşdıra biləcək, bu da bir sıra çətinlikləri aradan qaldıracaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256