SOSİUM

Qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb
05 DEKABR
115

Qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb

2018-12-05 12:32:00

 Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin nə vaxta qədər davam edəcəyi açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, qeyri-sabit hava şəraiti dekabr ayının birinci ongünlüyünün sonunadək davam edəcək.

O bildirib ki, növbəti günlərdə ölkə ərazisində arabir yağış yağacağı gözlənilir: "Şərq küləklərinin üstünlüyü müşahidə olunacaq".

G.Məmmədova qeyd edib ki, havanın temperaturunda mühüm dəyişiklik gözlənilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256