SOSİUM

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı yenilik
05 DEKABR
72

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili ilə bağlı yenilik

2018-12-05 11:51:00

Sağlamlıq imkanları məhdud olan şəxslərin sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi təhsil proqramları (kurikulumlar) həyata keçiriləcək.

Fins.az-ın xəbərinə görə, bu barədə Milli Məclisin (MM) Elm və təhsil komitəsinin bu gün keçirilən iclasının gündəliyinə daxil edilən yeni “Ümumi təhsil haqqında” qanun layihəsinin 9-cu maddəsində (Ümumi təhsil proqramı (kurikulum) qeyd edilib.

Qanun layihəsinin 9.4-cü maddəsinə görə, ümumi təhsil müəssisələrində təhsilalanlara tədris edilən ümumi təhsil fənləri xüsusi dövlət təhsil proqramları əsasında keçirilir.

9.5-ci maddədə isə qeyd edilir ki, ümumi təhsil müəssisəsində əlavə təhsil almaq üçün müvafiq təhsil proqramları (kurikulumlar) tətbiq edilir.

9.6-ci maddəyə əsasən, sağlamlıq imkanları məhdud olan şəxslərin sosial adaptasiyasını və ictimai həyata inteqrasiyasını nəzərdə tutan xüsusi təhsil proqramları (kurikulumlar) həyata keçirilir.

Həmçinin, 9.7-ci maddəyə qeyd edilir ki, inkluziv ümumi təhsili həyata keçirən ümumi təhsil  müəssisələri müvafiq imtiyazlarla (əməkhaqqı və təqaüdlərin daha yüksək nəzərdə tutulması və s.) təmin edilir.

Eləcə də bax: Bu ərazidə 2 gün işıq olmayacaq – ƏHALİNİN NƏZƏRİNƏ

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256