SOSİUM

Təhsilini qızıl medalla başa vuranlar yalnız bir imtahan verməklə ali məktəbə qəbul olacaqlar
04 DEKABR
97

Təhsilini qızıl medalla başa vuranlar yalnız bir imtahan verməklə ali məktəbə qəbul olacaqlar

2018-12-04 15:08:00

Azərbaycanda təhsilini qızıl medalla başa vuran məzunlar ali məktəblərə qəbul imtahanından azad olunacaq.

Fins.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış “Ümumi təhsil haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinin 13-cü (Ümumi təhsilin təşkili) maddəsində bildirilir ki, təhsilini qızıl medalla başa vuran məzunlar imtahandan azad olunaraq yalnız müvafiq ixtisas üzrə bir imtahan verməklə ali məktəblərə qəbul olacaqlar.

Yeni qanun layihəsinin müzakirələrdən sonra Milli Məclisin plenar iclasına təqdim edilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255