SOSİUM

Havaya atılan tullantıya görə sexə cavabdeh şəxs cəzalanıb
04 DEKABR
69

Havaya atılan tullantıya görə sexə cavabdeh şəxs cəzalanıb

2018-12-04 09:58:00

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Binəqədi rayonu, C.Xəndan küçəsində fəaliyyət göstərən metalkəsmə sexindən atmosferə atılan tullantılarla bağlı daxil olan şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırma və monitorinq keçirilib. Fins.az Nazirliyə istinadən xəbər verir ki, atmosfer havasından nümunələr götürülüb və analiz aparılıb. Analizin nəticələrinə görə havaya atılan tullantıların miqdarının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı sexə cavabdeh şəxs İlqar Ağayev barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə olunub.

Atmosferə atılan tullantıların qarşısının alınması məqsədilə İ.Ağayevə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Eləcə də bax: Bakının iki böyük qəsəbəsi susuz qalacaq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256