SOSİUM

Nazir Sahil Babayevin keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib
03 DEKABR
84

Nazir Sahil Babayevin keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

2018-12-03 11:06:00

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin Bərdə rayonunda keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək dekabrın 14-ə  keçirilib. 

Fins.az xəbər verir ki, S.Babayev Bərdə rayonunda Bərdə, Tərtər, Ağcabədi rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək. Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə (sosial təminat növlərinə hüququn müəyyən edilməsi, əmək hüquqlarının müdafiəsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması, aktiv məşğulluq tədbirlərinə cəlb olunma və s.) aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar müvafiq tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq dekabrın 11-dək qəbula yazıla bilərlər.

 Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256