SOSİUM

DOST mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək
03 DEKABR
84

DOST mərkəzlərində əhaliyə proaktiv xidmətlər də göstəriləcək

2018-12-03 10:30:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan DOST (Dayanıqlı və Operativ Sosial Təminat) mərkəzlərində əyani müraciət edənlərlə yanaşı, əhaliyə proaktiv xidmətlər də göstəriləcək.

Fins.az xəbər verir ki, mərkəzlərdə elektron sistemlər üzərindən vətəndaşların bu və ya digər dövlət sosial xidmətinə, yaxud sosial təminat növünə (pensiya, müavinət, sosial yardım, əlillik və s.) hüququnun yarandığı müəyyən olunduğu təqdirdə bu barədə onlara əvvəlcədən müvafiq məlumat veriləcək. Məlumat onların elektron ünvanına və ya telefonuna sms-lə göndəriləcək. Yəni vətəndaş heç yerə müraciət etmədiyi halda, məsələn, bir aydan sonra pensiya və ya sosial müavinət  hüququna malik olacağı barədə məlumat alacaq. Yaxud barəsində əlilliyin qiymətləndirilməsi üçün sistemə göndəriş  daxil edilmiş vətəndaş qiymətləndirmənin nəticəsi barədə proaktiv formada məlumatlandırılacaq.

 Qeyd edək ki, “DOST” mərkəzləri dövlət sosial xidmətlərinin geniş bir hissəsinin (əmək və məşğulluq, sosial təminat növləri, əlillik, pensiya, sosial sığorta və s. üzrə xidmətlər) “bir pəncərə”dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və sadələşdirilmiş proedurlarla, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunması məqsədilə yaradılır.2019-2025-ci illərdə Bakıda və respublikanın regionlarında 31 “DOST” mərkəzinin yaradılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255