SOSİUM

Cəlilabad və Neftçala sakinləri 4125 manat cərimələniblər
28 NOYABR
89

Cəlilabad və Neftçala sakinləri 4125 manat cərimələniblər

2018-11-28 16:10:00

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin əməkdaşlarının keçirdikləri reydlər zamanı Cəlilabad və Neftçala rayonlarının Zəvvar və Mahmudçala Ovçuluq Təsərrüfatlarının ərazilərində icazəsiz ov edən şəxslər saxlanılıb.

Nazirliyin Mətbuat xidmətindən Fins.az-a verilən məlumata görə, araşdırma zamanı brakonyerlərin Cəlilabad rayon sakinləri - Ceyhun Allahverdiyev, Rafiq Məmmədov və Neftçala rayon sakini Famil Mirzəyev olduğu müəyyən edilib.

Onlardan qaşqaldaq quşları, ov silahları və taxta qayıq götürülüb.

Saatlı rayonunda keçirilən reyd zamanı isə icazəsiz ova cəhd edən Kamallı kənd sakini Nemət Mirzəzadə saxlanılıb və ondan ov tüfəngi götürülüb.

Faktla bağlı brakonyerlər barəsində akt, protokol tərtib olunub və onlara ümumilikdə 4125 manat məbləğində ziyan və cərimə tətbiq edilib.

 Eləcə də bax: Eldar Əzizov icra başçılarını Meriyaya ÇAĞIRDI

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255