SOSİUM

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib
28 NOYABR
74

Yetkinlik yaşına çatmayanlara siqaret satanlar cərimələnib

2018-11-28 14:35:00

Polis orqanları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində mütəmadi tədbirlər keçirilir.

Fins.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi və Yasamal Rayon Polis İdarəsi əməkdaşlarının noyabrın 27-də rayon ərazisində birgə keçirdikləri reydlər nəticəsində yetkinlik yaşına çatmayanlara tütün məmulatı satdıqlarına görə 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 455-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib olunub.

Bu istiqamətdə reydlər davam etdirilir.

Eləcə də bax: Nazirliklər reyd keçirdi - Şadlıq evinin sahibi cərimələndi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256